İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan prezidenti “Əbədi məşəl” abidəsi önünə əklil qoyub
20 Yanvar 2013 14:43 SiyasətBu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.
"AzərTAc" bildirir ki, səhər Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəldi. Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsi önünə əklil qoydu. Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət himni səsləndi.
X X X
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etməyə gəlmişdilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00