Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirib
Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı İstanbul və Bursanın Uludağ universitetlərində tədbirlər keçirib
19 Yanvar 2013 22:24 SiyasətAzərTAc xəbər verir ki, Fondun Türkiyə təmsilçiliyinin rəhbəri Samir Cəfərov tədbirlərdə iştirak edən azərbaycanlı tələbələrə Qanlı Yanvar hadisələri, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi, xalqımızın müstəqillik və torpaqlarımızın müdafiəsi uğrunda mübarizəsi haqqında ətraflı məlumat verib. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin bu dəhşətli qətliamdan sonra dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıya qoşun yeridilməsi və günahsız insanların amansızlıqla qətlə yetirildiyinin pislədiyini vurğulayıb.Tədbirlərdə çıxış edən gənclərimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə torpaqlarımızın işğaldan azad olunması üçün mübarizəyə hazır olduqlarını, şəhidlərimizin xatirəsini hər zaman yaşadacaqlarını bildiriblər.Tələbələrə Heydər Əliyev Fondunun hazırladığı kitablar və broşürlər paylanıb, 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.