“Onun özünəməxsus siyasi baxışları var” - VIDEO

 
Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk etdiyini bəyan edib. "Nəsimi", "Babək" filmləri ilə Azərbaycan kino tarixində iz qoyan aktyor Rasim Balayev bu addımının müxtəlif söz-söhbətlərə səbəb olduğunu və bunun siyasiləşdirilməsinin əleyhinə olduğunu bildirib.Eləcə də, aktyor bu addımıyla əlaqədar keçiriləcək hər hansı bir aksiyanı da qəbul etmədiyini vurğulayıb.
Aktyor qurumdakı katiblik işindən istefasını yaradıcılığı ilə bağlayır: "Bir az səhhətimlə bağlı müalicələrə getməliyəm, işdə olanda yaradıcılıqla məşğul olmaq çətin olur. Həm də artıq yaşlaşmışam, istəyirəm boş vaxtım olanda dincələ bilim, müəyyən sanatoriyalara gedə bilim".Xalq artisti bildirib ki, Rüstəm İbrahimbəyova böyük hörməti var: "O, çox istedadlı, ağıllı bir adamdır. Lakin onun özünəməxsus siyasi baxışları var. Bizim aramızda o siyasi baxışlar heç vaxt müzakirə mövzusu olmayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00