Rusiya 20 Yanvar faciəsinə görə cavab verməlidir

Nəsir Ağayev: “Rusiya Azərbaycanda 20 Yanvar faciəsi kimi hadisələri təkrarlamaq istəyir”

1990-cı il yanvarın 20-də Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusunun  hissələri həm quru, həm dəniz yolu ilə Bakı şəhərinə daxil olaraq silahsız insanları qətlə yetiriblər. İndi həmin qanlı hadisədən 23 il keçir. Qanlı Yanvar faciəsinə görə Rusiya azərbaycanlılar qarşısında cavab verməlidir.  20 Yanvar faciəsi Milli Azadlıq Hərəkatına vurulan ən böyük zərbə oldu. "Rusiya 20 yanvarı Qanlı Yanvar faciəsinə çevirdi, o gün Azərbaycan milləti çox ağır sınağa çəkildi. Lakin, müəyyən vaxtdan sonra 20 Yanvar faciəsi Azərbaycanda Milli Azadlıq Hərəkatına təkan verdi. İnsanlar bununla Azərbaycanın müstəqilliyinin və milli sərvətlərinin yalnız azərbaycanlılara məxsus olmasını sübut etdilər" deyən Bakı və Kəndlər Birliyini qurucusu Nəsir Ağayevin sözlərinə görə Rusiya hərbi qüvvələri ağır artilleriyalarla Bakıya soxularaq gecə ikən XX əsrin ən qorxunc, tükürpədici faciəsini tarixə yazdı: "Çox təəssüflər olsun ki, hadisə beynəlxalq ictimaiyyətə təqdim olunanda dünya 20 Yanvar faciəsinin hüquqi qiymətini vermədi. Bu gün də Rusiya bu cür ssenarilərin təkrar olunması üçün müəyyən siyasi hiylələrə əl atır. Rəsmi Moskva Azərbaycan daxilindən də müəyyən qüvvələrlə bu istiqamətdə əlaqə saxlayır. Rusiya Bakıda qırğın törətmək üçün Türkan qəsəbəsində yerləşən və Hacı Zeynalabdin Tağıyev adına hərbi bazadan istifadə etdi. Rusiya hadisənin məxfi saxlanılması üçün Bakıda yerləşən dövlət televiziyasının qidalandırma sistemini sıradan çıxardı. Kreml 19-dan 20-nə keçən gecə Bakıda nə bacardısa onu da etdi. Hadisədən sonra Rusiya bunu Azərbaycan xalqının ayağına yazmaq istəyirdi. Buna görə də Rusiya Xalq Cəbhəsinin bütün strukturlarını məhv etmək üçün hərbi əməliyyatlara başladı. Bakıdakı faciəni məhz Stavropol və Krasnodardan gətirilmiş ermənilər törətdilər. Məhz bu hadisə Azərbaycanın müstəqilliyi üçün münbit şərait yaratd" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00