Sədrliyi təhvil verəcəm
18 Yanvar 2013 16:01 SiyasətAna Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı partiya rəhbərliyindən gedə bilər. Bu barədə "OLAYLAR"-a məlumat verən AVP sədri bunun quruıltayda mümkün olacağını söyləyib: "Qurultayda mənim istəklərimə, arzuladığım keyfiyyətləri özündə əks etdirən və partiyanı məndən daha yaxşı idarə edə biləcək bir şəxs ortaya çıxsa çox böyük məmuniyyətlə sədrliyi ona təhvil verəcəm. Əgər belə bir iddialı olmasa və qurultay hansı qərarı qəbul etsə həmin qərara uyğun olaraq da addımı atacam. Partiyaya sədrliyi qurultayın qərarına qədər davam etdirəcəm Ancaq düşünürəm ki, bu uzun müddət olmayacaq". AVP sədri onu da bildirib ki, hələlik yorulmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00