Müxalifət-YAP dialoqunda ikitərəfli qərarlar qəbul edilə bilər
Sərdar Cəlaloğlu: “İqtidar və müxalifətin müzakirə masası arxasında görüşməsi vacib məsələdir”
18 Yanvar 2013 15:19 SiyasətYAP-müxalifət dialoqunun baş verəcəyi barədə məlumatlar yayılıb. Hər iki tərəfin dialoqa razılıq verdiyi bildirilir. Görüşün nə vaxt və harada keçiriləcəyi barədə informasiya verilməyib. "Dialoqda geniş müxalifət, YAP və digər iqtidaryönlü partiyalar iştirak edə bilərlər. Düşünürəm ki, dialoq baş tutacağı təqdirdə orada əsas müzakirə seçkilər, seçkiqabağı gərginliyin aradan qaldırılması, mövcud siyasi durum və Azərbaycanın inkişafının qarşısının alınması ilə bağlı olacaq" deyən ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə həmçinin ikitərəfli müəyyən qərarların qəbul edilməsi də mümkündür: "Bu gün iqtidarla müxalifətin görüşməsinə həddindən artıq səbəblər var. Çünki, iqtidar və müxalifət uzun illər biri-birindən ayrı fəaliyyət göstərirlər. Bu və ya digər mövzu ətrafında da iqtidar və müxalifətin görüşməsi vacib məsələdir. Müxalifət partiyası kimi ADP də dialoqa dəvət olunsa iştirak edəcək" (OLAYLAR İA)