Müharibə başlasa İran İsraili nüvə arsenalı ilə vuracaq - REGİON
Vladimir Putinin Mahmud Əhmədinecadın yerinə danışması şübhələri artırır
18 Yanvar 2013 14:36 Siyasətİran beynəlxalq sanksiyalara baxmayaraq əlavə reaktorlar tikmək niyyətindədir. İslam Respublikası 2002-ci ildən sonra uranın zənginləşdirilməsini gizlin şəkildə sürətləndirib. Fars rejimi həqiqət üzə çıxandan sonra faktları açmaq məcburiyyətində qalıb. Beynəlxalq qanunvericiliyi sərt şəkildə pozan İran hələ də uranı zənginləşdirməsi barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat təqdim etməyib. ABŞ, İsrail və Aİ-yə məxsus olan kəşfiyyat orqanlarının 2002-2009-cu illər aralığında İranda apardıqları gizli əməliyyatlar zamanı aşkara çıxan İranın nüvə proqramı böyük siyasi məsələyə çevrildi. Tehran keçmiş əzəmətini bərpa etmək üçün 33 ildir ki, nüvə texnologiyası əldə etməyə çalışıb. İran isə beynəlxalq təzyiqlərin nəzərlərini öz üzərindən kənar etmək üçün nüvə proqramını enerji mənbələrinin diversifikasiyasını təqdim edir. Mahmud Əhmədinecad bütün çıxışlarında nüvədən enerji məqsədi ilə istifadə edəcəyini bildirir və əsas niyyətlərini təsdiq etmir. Beynəlxalq sanksiyalara, ABŞ və İsrailin təzyiqlərinə görə İran artıq ehtiyatlanmağa başlayıb. Nüvə proqramının İranın parçalanması ilə nəticələnəcəyini yaxşı başa düşən siyasi elita nüvə siyasətindən geri çəkilmək niyyətini də müzakirə masasına keçirib. İran daxilində nüvə proqramının ölkəyə fəlakət gətirməsinə görə prezident Mahmud Əhmədinecad məsul tutulur. Çünki, Əhmədinecad ABŞ, Fransa və Böyük Britaniya ilə aralarında olan müqaviləni pozaraq 2005-ci ildə İranın yenidən uranı zənginləşdirməsinə start verib. Ola bilsin ki, İran heç də nüvə silahına sahib olmaq istəmir. Lakin Əhmədinecadın populist çıxışları İranı Aİ, NATO, İsrail və ABŞ-la müharibə həddinə çatdırıb. Prezident İrana qarşı qüvvələrə nüvə proqramını "stansiyaya çatmamış qatar əyləcinin basılmasına" bənzədir. Yəni ki, İranın nüvə proqramından geri çəkilməsi stansiyaya çatmamış qatarın əyləcinin basılması kimi mümkünsüzdür. BMT nüvə məsələsində 2010-cu ildə xəbərdarlıq edib. Lakin, Aİ-nin 2012-ci ildə İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar isə ölkəyə baha oturdu. Embarqo İranın ictimai həyatını iflic durumuna gətirib, günü-gündən artan xərclər daxildə hakimiyyətə qarşı çıxanların sayını həndəsi silsilə üzrə artırır. Nüvə proqramı İranda siyasi elita arasında uçurumu dərinləşdirib və ölkəni hiss ediləcək dərəcədə yerindən oynadır. İran 24 000 meqavatlıq 10-12 reaktoruı əhatə edən enerji proqramını həyata keçirməyi nəzərdə tutur. Həmçinin region üçün fəlakət mənbəyi olan "Arak" ağır su zavodu inşa edir. Rusiya isə 1000 meqavatlıq Buşehr yüngül su reaktorunu 15 ilə İrana təhvil verdi. Razılaşmaya əsasən Buşehrin yanacağı Rusiya tərəfindən təmin edilir. Orta səviyyəli reaktorlar isə iqtisadi sanksiyalar səbəbindən dayandırlıla bilər. Çünki, həmin reaktorların inşası üçün 1 milyard dollar vəsait lazımdır. Digər tərəfdən nüvə proqramını həyata keçirmək üçün İranın yerli nüvə filizi kifayət etmir. İranın praqmatik, avtoritarizm və praetorianizm rejiminin ictimaiyyəti fırıldaqçılq tendensiyası ilə aldatması daha çox molla rejimini məyus edir. Bu faktora görə ölkənin dini qurumu ilə Əhmədinecad arasında sürüşmə yaranıb. Çünki, 2005-ci ilə qədər ali dini lider Əli Xameneyi nadir hallarda ümumi məsələlər istisna olmaqla nüvə proqramınə dəstəkləyib. Xameneyi nüvə silah inkişafına qarşı naməlum fətvalar da verib, bu fətvalar yalnız İranın polis gücləri tərəfindən dəstək alıb. Çünki, Xameneyinin siyasi analitiklik qabiliyyəti nüvə proqramının müəyyən hissəsində beynəlxalq sanksiyalarla böhrana girəcəyini proqnozlaşdırmışdı. Konkret olaraq iqtisadi sanksiyalardan sonra potensial rəhbərlik mövcud siyasi fərqləri daha da kəskinləşdirib və proqramın xərclərini inanılmaz dərəcədə artırıb. Prosesi gərginliyə sürüşdürüb. Beynəlxalq ictimaiyyətlə kompromis əldə etmək İranı parçalanmadan qurtarmaqla təltif edə bilər. İranın nüvə proqramında əsas dəstəkçisi sözssüz ki Rusiyadır. RF iqtisadi sanksiya və İrana basqılarına görə BMT, Aİ, İsrail, ABŞ, NATO və Qərblə qarşıdurma vəziyyətinə qədər gəlib. Rəsmi Moskvanın İranın nüvə proqramına dəstək verməsinin əsl səbəbi Yaxın Orta Şərqdə regional güc kimi özünü bərpa etmək çabalarıdır. Əslində İranın nüvə əldə etməsi Rusiyanın ikinci nüvə arsenalına sahib olması deməkdir. Məhz İsrail və ABŞ-ın açıqdan açığa İrana hərbi müdaxiləni gecikdirməsinin də səbəbi Rusiya faktoruna bağlıdır. İran hakimiyyəti məhz Kremlə arxalanaraq qarşı güclərə önündə xüsusi fayda təmin etməyə ümid edir. Digər tərəfdən rus silahlarının Xəzər dənizi vasitəsilə İrana daşınmasına görə molla rejimi əlavə güc mənbəyi ilə siyasi əzələsini qüvvətləndirir. Rusiya həmçinin İranla yüksək səviyyəli enerji əməkdaşlığına sahibdir.
Bunun əyani sübutu kimi İrana məxsus olan müəyyən nüvə ehtiyatları Rusiya ərazisində gizlədilib. Vladimir Putin tərəfindən dəstək görən Əhmədinecad məhz Rusiyaya arxalanaraq İranın bütün nüvə bazalarının beynəlxalq ictimaiyyətin üzünə açıq olması bəyanatını verib. Rusiyanın İranın nüvə proqramındakı dominant konsepsiyası Putinin açıqlamalarından da bəlli olur. Putin deyir ki, İranın nüvə silahı istehsal etməsinin heç bir əyani sübutu yoxdur. RF dövlət başçısı fars həmkarı Əhmədinecadın əvəzinə İranın atom bazalarının MAQATE-nin üzünə açıq olduğunu bəyan edir. Bu açıqlama yuxarıda deyilən bəzi iddiaları alt-üst edir. Putinin bu açıqlaması İranın nüvə arsenalına sahib olmasını və onun Rusiyada gizlədilməsi versiyasını sübut edir. Digər tərəfdən də Mahmud Əhmədinecadın İsraili xəritədən silmək mesajı bu iddianı sənədləşdirir. İran nüvə silahına sahibdir. Odur ki, İsrail İrana müharibə edəcəyi təqdirdə İran nüvəsi rəsmi Tel-Əvivə atıla bilər, bu isə çox kiçik dövlət olan İsraillə yanaşı Yaxın Orta Şərq dövlətlərinin sonu olacaq!
Mənsur Rəğbətoğlu