Söyün Sadıqov Vladimir Putinə nə məsləhət görüb? - ŞƏRH

Vəfa Quluzadə: “Putinin Söyün Sadıqovun məsləhətinə ehtiyacı yoxdur”

"Rusiyanın Azərbaycana mesaj verməyə ciddi kanalları var. Söyün Sadıqovla belə bir mesaj göndərməsi əhəmiyyətsizdir". Bu fikirləri mətbuata açıqlama verən politoloq Vəfa Quluzadə deyib. Digər tərəfdən mətbuat yazır ki, Vəfa Quluzadə Söyün Sadıqovu məntiqsiz adlandırıb. "Mən Söyün Sadıqova məntiqsiz deməmişəm, bunu mətbuat belə yazıb. Söyün Sadıqov prezident Vladimir Putin də ona tabe olan adam deyil. Mənə dedilər ki, Söyün Sadıqov Putinə məsləhət görüb ki, Azərbaycana təzyiqi artırsın. Mən də demişəm ki, bu məntiqsizdir" deyən politoloq Vəfa Quluzadənin sözlərinə görə Putinin özünün aparatı, xüsusi xidmət orqanları var, yəni onun Söyün Sadıqovun məsləhətinə ehtiyacı yoxdur: "Bax, bunu mən demişəm" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00