“Azərbaycana müdaxilə etmək asan məsələ deyil” - MÖVQE

Ərəstun Oruclu: “Rusiya Azərbaycanda hakimiyyət çevrilişinə və şəxsi məqsədlərinə nail ola bilməyəcək”

Hökumət dairələrindən mətbuata sızdırılan məlumatlara görə yaxın günlərdə Rusiya Azərbaycan Təşkilatları İttifaqının təşkilatçılığı ilə Bakıda etiraz aksiyası təşkil olunacaq. Həmçinin mənbə bildirir ki, Rusiya seçkilər ərəfəsində Azərbaycana çox ciddi şəkildə təsir edəcək. Məsələyə münasibət bildirən politoloq Ərəstun Oruclunun sözlərinə görə Rusiyanın Azərbaycana müdaxilə imkanları xeyli çoxdur: "Lakin, onun hansı dərəcədə həqiqətə uyğun olması inandırıcı görünmür. Rusiya Cənubi Qafqazda tək oyunçu deyil. Burada Türkiyə, Qərb, İsrail və ABŞ-ın da maraqları var. Həmçinin Azərbaycan cəmiyyətində dövlətçilik təfəkkürü mövcuddur. Azərbaycana təsir etmək elə də asan məsələ deyil. Lakin, Rusiya müəyyən problemlər yarada bilər. Bunlara baxmayaraq Rusiya Azərbaycanda hakimiyyət çevrilişinə və şəxsi məqsədlərə nail ola bilməyəcək" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00