Azərbaycanın uğurlu inkişafının 10 ili

Bu günlərdə Azərbaycan Rerspublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsi keçirilib.  Müşavirənin nəticəsi olaraq ortaya çıxan mənzərə və aparılan dəyərləndirmə onu deməyə əsas verir ki, Azərbaycan yola saldığımız 2012-ci ili də uğurla başa vurub. Ölkənin bütün sahələrində əldə edilən nailiyyətlər həm iqtisadi inkişafa, həm də sosial problemlərin həllinə yol açıb. Dövlət başçısının da qeyd etdiyi kimi Azərbaycan iqtisadiyyatı keçən il öz dinamik inkişafını qoruya bilib. Bütövlükdə ötən il ölkə iqtisadiyyatı üçün çox uğurlu il olub. Ümumi daxili məhsul 2,2 faiz artıb. Burada müsbət məqamlardan biri ondan ibarətdir ki, ötən il də qeyri-neft sektorunun inkişafında artım qeydə alınıb. Belə ki, 2012-ci ildə qeyri-neft sənayemiz 8 faiz, kənd təsərrüfatı 6 faiz artıb. Həmçinin keçən il investisiya xərcləri də rekord səviyyədə olub. Rəsmi statistik məlumatlara görə, keçən il investisiyalar 22 milyard dollardan çox olub ki,  onun 13 milyardı daxili, 9 milyard dollara yaxını isə xarici investisiyalardır. Ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadi liberallaşma, dünya qoyulmasına gətirib çıxarıb. Azərbaycan iqtisadiyyatının bu templə inkişafı dünyanın nüfuzlu beynəlxalq qurumlar tərəfindən iqtisadiyyatına inteqrasiya siyasətimiz 9 milyard dollara yaxın xarici sərmayənin yüksək qiymətləndirilib. Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 46-cı, MDB məkanında isə 1-ci yerdədir.

Sosial məsələlərin həlli də keçən il Azərbaycan dövləti və onun prezidentinin əsas diqqət mərkəzində olub. İl ərzində dövlət başçısı bu sahəni əhatə edən bir neçə fərman və sərəncamlar imzalayıb.  Bu sırada ən mühüm addım kimi uzun illər sovet dövründən dondurulmuş vəziyyətdə qalmış əmanətlərə kompensasiya verilməsi proqramı olub. Keçən il başlanılan bu proqramın böyük bir hissəsi artıq başa çatıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bu çox böyük bir siyasi addım idi. Eyni zamanda bu proqram Azərbaycan dövlətinin sosial siyasətinin nə qədər düzgün olduğunu bir daha təsdiqləyirdi. Həmçinin 2012-ci ildə digər sosial proqramlar, yüzlərlə məktəb, xəstəxana, Olimpiya kompleksləri və digər sosial obyektlər tikintisi və təmiri prosesi həyata keçirilib. Dövlət Neft Fondu tərəfindən  300 milyon manat vəsait ayrılıb ki, həmin vəsaitin hesabına 20 mindən çox məcburi köçkün üçün yeni mənzillər tikilib istifadəyə verilib. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurlu icrası nəticəsində təkcə keçən il 117 min yeni iş yeri açılıb ki, onlardan 93 mini daimi iş yeridir. Ümumilikdə proqramın əvvəlindən isə 1 milyon 200 min yeni iş yeri açılıb ki, bu da öz növbəsində işsizliyin böyük dərəcədə azaldılmasına xidmət göstərib.

Dövlət başçısının sədrliyi ilə keçirilən müşavirədə bir məqam da xüsusi diqqət çəkdi. Daha dəqiq desək bu müşavirə bir tərəfdən keçən ilin yekunlarına verilən qiymət idisə, digər tərəfdən Azərbaycan prezidenti cənab İlham Əliyevin xalqı qarşısındakı hesabatı sayıla bilərdi. Çünki cənab prezident tərəfindən 2003-cü ildə müəyyən edilmiş Azərbaycanın 10 illik inkişaf planı bu il başa çatır. Sevindrici hal ondan ibarətdir ki, bu proqrama məhz uğurlar, nailiyyətlərlə yekun vurulur. 2003-cü ildə Azərbaycan prezidenti seçildikdən sonra İlham Əliyevin qarşısına qoyduğu bu mühüm vəzifə- Azərbaycanda yoxsulluğu tamamilə aradan götürmək vəzifəsi artıq reallaşır. Prezident seçilərkən xalqı qarşısında verdiyi vədi 10 il ərzində həyata keçirə bilən İlham Əliyevin növbəti illərdə də Azərbaycan dövlətini daha irəliyə aparacağına dair vətəndaşlar arasında bir istək var. Çünki qarşıda bizi daha böyük hədəflər gözləyir. Azərbaycan xalqı isə bu hədəflərə məhz cənab prezident İlham Əliyevin rəhbərliyi altında çatmaq arzusundadır. Çünki ötən 10 ildə İlham Əliyev dediyi kimi hər bir azərbaycanlının prezidenti oldu, hər bir ölkə vətəndaşının problem və qayğılarını öz problem və qayğıları bildi, onun aradan qaldırılması istiqamətində çalışdı.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00