ASİM-DER “Yeni Müsavat”ı təkzib etdi
18 Yanvar 2013 12:54 SiyasətBeynəlxalq Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİM-DER) İdarə Heyəti tərəfindən "Yeni Müsavat" qəzetinə etiraz məktubu göndərilib. Dərnəkdən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, mətbu orqanın yanvarın 17-də nəşr edilən sayında ASİM-DER İdarə Heyəti və başqalarının Ermənistanla ticarət etdiyi barədə əsassız məlumat dərc edilib. Məktubda bildirilir ki, ASİM-DER Ermənistanla heç bir ticarət əlaqələri həyata keçirmir. Dərnək bəyan edir ki, "Yeni Müsavat" t\əkzib verməsə yaxın günlərdə qəzet haqqında müəyyən məlumatlar açıqlayacaq və , qəzetin maliyyə dəstəyini kimlərdən aldığını bütün dünyaya çatdıracaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00