Ankara sərhədlərin açılmasına ciddi etiraz etdi

Suriyadan qaçaraq Ermənistana sığınan ermənilər üçün sərhəd açılması istəyi ilə Ağ Evin saytında başladılan kampaniyaya rəsmi Ankara çox ciddi şəkildə etiraz edib. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə,  Ankara bu addıma bir siyasi şou olaraq baxır. Diplomatların fikriniə görə hazırda İstanbuldan İrəvana hər həftə bir neçə təyyarə səfəri mövcuddur və sərhədlərin açılması tələbi də məntiqli görünmür. Başqa məlumata görə Suriya ermənilərinin çoxu İrəvana Türkiyə üzərindən deyil, SSRİ-nin zamanında 1969-cu ildə açılmış Beyrut-İrəvan hava yolu xətti ilə gəliblər. Bu səbəbdən Türkiyə XİN bəyan edib ki , Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi Ankaranın müzakirə gündəmində deyil və olması da çox gözlənən bir ehtimal deyildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00