Yaşıllar partiyası da yeni blok yaradır - FİKİR

Mais Güləliyev: “Ola bilsin ki, fevralda yaradılacaq blok seçkilərə öz namizədi ilə getsin”

Prezident seçkiləri yaxınlaşdıqca bir sıra partiyalar namizəd məsələsini həll etməkdədir. Partiyalardan mətbuata verilən məlumata görə əksər siyasi qurumlar seçkilərə müxtəlif bloklar şəklində gedəcək. Məsələyə münasibət bildirən Yaşıllar partiyasının sədri Mais Güləliyevin sözlərinə görə 2012-ci il noyabrda Afinada keçirilən Avropa Yaşıllar Partiyasının Konqresində Azərbaycanda keçiriləcək prezident seçkiləri müzakirə edilib: "Biz bu qərara gəlmişik bu və ya digər formada seçkilərdə iştirak edək. Ya 2008-ci il seçkilərində olduğu kimi partiyanın öz namizədi olsun, ya digər partiyalarla birləşib blok şəklində öz vahid namizədimizi irəli sürək, ya da hər hansı bir namizədi müdafiə edək, bu 3 variantdan biri yaxın müddətdə qəbul olunacaq. Bütün hallarda isə seçkilərdə iştirak edəcəyik. YP-da seçkilərin boykot olunması qətiyyən müzakirə edilmir. Birinci variant daha inandırıcıdır ki, bizim öz namizədimiz olacaq. Mart ayında yenə də Avropada Konqres keçiriləcək və bu məsələni yenə də Konqresin müzakirəsinə çıxaracağıq. Fevral ayında YP-ın Ədalət, Vətəndaş və İnkişaf partiyalarınan siyasi bloku formalaşacaq. Fevral ayının ikinci yarısında blokun təqdimatı keçiriləcək. Ola bilsin ki, həmin blokun vahid namizədi olsun" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00