“İvanişvili Rusiyanın qarşıya qoyduğu tələbləri yerinə yetirir”
Rüstəm Məmmədov: “O başa düşür ki, Rusiya ilə soyuq münasibətlər Gürcüstana baha başa gələcək”
18 Yanvar 2013 12:08 SiyasətMətbuata açıqlama verən Gürcüstanın baş naziri Bidzina İvanişvili Ermənistanla Rusiya arasında Abxaziyadan keçən dəmiryol xəttinin yenidən bərpa olunacağını bildirib. İvanişvili bunu Gürcüstanın Rusiya ilə əlaqələrinin normallaşdırılması istiqamətində atılan addım kimi xarakterizə edib. Məsələyə münasibət bildirən politoloq Rüstəm Məmmədovun sözlərinə görə İvanişvili Rusiya ilə münasibətləri yoluna qoymağa çalışır: "Rusiyanın əsas məqsədi də Ermənistana getmək üçün Gürcüstandan tranzit kimi istifadə etməkdir. İvanişvili də başa düşür ki, Gürcüstanın Rusiya ilə əməkdaşlığı olmasa ölkənin vəziyyəti çox çətin olacaq. Rusiya tarixən də Gürcüstan üçün əsas ticarət bazası olub. Buna görə də İvanişvili Rusiyanın qarşıya qoyduğu bəzi məsələləri tənzimləməyə çalışır" ("OLAYLAR"İA)