Ermənistanla sərhədlərin açılması Türkiyəni nüfuzdan salacaq
Cümşüd Nuriyev: “Türkiyə özünə hörmət edən dövlət kimi verdiyi sözün üstündə durmaldır”
17 Yanvar 2013 17:03 SiyasətABŞ "Türkiyə-Ermənistan sərhədləri açılsın" kampaniyasına start verdi. Bir sıra siyasi analitiklərin fikirlərinə görə bundan sonra sərhədlərin açılması hər iki ölkənin əsas söz mövzusu ola bilər. "Ermənistanla sərhədləri açmaq Türkiyənin daxili işidir, amma inandırıcı deyil ki, Türkiyə 1993-cü ildə qəbul etdiyi qərarı dəyişsin. Həmin qərar qəbul ediləndə Azərbaycan torpaqları işğal altında idi. Türkiyə Ermənistanla sərhədləri açsa nüfuzdan düşəcək. Suriyadan gələn ermənilərin Türkiyə ərazisindən Ermənistana keçməsinə ehtiyac yoxdur" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə Beyrut və digər yerlərdən gələn ermənilər Ermənistana getmək adı ilə Türkiyə ərazisində məskunlaşırlar: "Ermənistanla sərhədlərin açılması məsələsini gündəmə gətirməklə Türkiyəni çətin vəziyyətə salmaq istəyirlər. Türkiyə də təbii ki, öz maraqlarına uyğun hərəkət edəcək. Lakin, sərhədlərin açılması Türkiyəyə xeyir gətirəcək, yoxsa ki yox, bunu əvvəlcədən demək çətindir. Serj Sarkisyan çalışır ki, prezident seçkilərinə qədər sərhədlər açılsın və bu amili öz ayağına yazsın. Türkiyə bunu nəzərə almasa bu, Türkiyənin öz problemidir. Türkiyə özünə hörmət edən bir dövlət kimi verdiyi sözün üstündə durmalıdır" ("OLAYLAR" İA)