Prezidentliyə namizəd Ayrikyan öz proqramı ətrafında birləşməyi təklif edir
17 Yanvar 2013 16:02 SiyasətErmənistanın prezidentliyə namizədi, "Milli Özünü Müəyyən Etmə" Birliyinin sədri Paruyr Ayrikyan müxalifətdən olan namizədləri 2013-cü il prezident seçkilərində birləşərək vahid namizəd irəli sürməyə çağırıb.
Siyasətçinin fikrincə, belə olan halda müxalifətin vahid namizədi daha çox səs toplaya bilər. O, namizədləri bütün ambisiyalardan əl çəkərək proqram ətrafında birləşməyə çağırıb. Ayrikyanın sözlərinə görə, hakimiyyəti devirmək məqsədi daşıyan 1996-cı ildən fərqli olaraq o, Ermənistanı tam demokratik ölkə etməyi düşünür və bunun yollarını da bilir.
Qeyd edək ki, 1996-cı ildə o, namizədliyini Vazgen Manukyanın xeyrinə geri götürmüşdü. ("OLAYLAR")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00