“Rusiya Azərbaycanı dağıtmaq istəyir” – Vəfa Quluzadə
“Rusiyanın Dağlıq Qarabağ münaqişəsi istiqamətindəki səyləri gülüş doğurur”
17 Yanvar 2013 14:23 SiyasətRusiyanın Ermənistana külli-miqdarda silah-sursat satdığı barədə yeni faktlar ortaya çıxıb. Rəsmi mənbələrin məlumatlarına görə Rusiya silahları Ermənistana hava vasitəsilə aparıb. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadənin sözlərinə görə Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etmək barəsində yox, Azərbaycanı darmadağın etmək barədə düşünür: "Azərbaycanı yenidən öz imperiyasına qatmaq istəyir. Kremlin Dağlıq Qarabağ problemini həlli istiqamətindəki səyləri gülüş doğuran məqamdır. Çox təssüflər olsun ki, bu faktorlara görə Azərbaycan nə özünə güclü müttəfiq tapa bilməyib, ya NATO-ya üzv ola bilməyib, ya ABŞ-la müttəfiq olmur. Ona görə də vəziyyət çətindir".