İrandakı koalisiyanın tərkibi teokratik rejimi dəstəkləyəcək

Qabil Hüseynli: “Xameneyinin platforması demokratik dəyişiklikləri, xarici siyasət xəttinin dəyişdirilməsini nəzərdə tutmur”

İranın dini lideri Xameneyinin baş müşaviri Qulaməli Həddad Adil, dini liderin beynəlxalq işlər üzrə müşaviri, Əli Əkbər Vilayəti və Tehranın hazırkı meri Məhəmmədbağır Qalibaf koalisiya yaradıblar. "Seçki koalisiya qərargahı" adlandırılan qurumun rəhbəri İran parlamentinin deputatı Hüseyn Müzəffərdir. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynlinin sözlərinə görə koalisiya yaratmaq, qabaqcadan namizədliyini irəli sürmək hələ heç nəyi həll etmir: "Çünki, İranda "Qəyyumlar Şurası" deyilən bir qurum var. Həmin qurum namizədləri araşdırdıqdan və onların bu iddiaya layiq olub olmadığını nəzərə aldıqdan sonra namizədlərin seçkilərdə iştirak edib etməyəcəyini müəyyənləşdirirlər. Bu çox mühüm amildir, ona görə də koalisiyaya daxil olanlardan hansının bu mərhəldən keçəcəyini əvvəlcədən demək çətindir. İran kimi ölkədə koalisiyanın yaradılmasında müəyyən demokratik elementlər var. Lakin, koslisiyaya daxil olan adamların hamısı ruhaniyönümlüdür. Onlar İrandakı teokratik rejimin dəyişməsini istəməyən adamlardır. Bu nöqteyi-nəzərdən onların platforması demokratik dəyişiklikləri, xarici siyasət xəttinin dəyişdirilməsini nəzərdə tutmur" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00