Fəzail Ağamalı Əbülfəz Elçibəylə bağlı yeni adlar açıqlayacaq
Millət vəkili: “Əgər ehtiyac yaranarsa, onların da adını mətbuata açıqlayacam”
17 Yanvar 2013 13:33 SiyasətMillət vəkili Fəzail Ağamalının 1975-ci ildə Əbülfəz Elçibəy barədə DTK-ya donsosçuluq edənlərin birinin adının mətbuata açıqladığı məlumdur. F.Ağamalı açıqlamasında bildirmişdi ki, Əbülfəz Elçibəyi DTK-ya satanlardan bir neçəsi Elçibəyin öz tələbələrindən olub. Məsələ ilə bağlı millət vəkili Fəzail Ağamalıya müraciət etdik. "Bu barədə mən bir nəfərin adını çəkdim, bir nəfər də var idi ki, vaxtilə onunla bağlı mətbuatda öz fikirlərimi demişdim. Sonradan həmin adam mənə dedi ki, olan olub, kifayət qədər peşmançılıq, vicdan əzabə çəkirəm və bundan sonra çox xahiş edirəm ki, mətbuatda mənim adım çəkilməsin. Mən də ona söz verdim ki çəkməyəcəm" deyən Fəzail Ağamalının sözlərinə görə olardan başqa bir neçə nəfər var idi ki, həm Elçibəy barəsində DTK-ya donosçuluq etmişdilər, həm də məhkəmə prosesində onun üzünə dayanıblar: "Onlardan birininin adını çəkdim, o Aydın Hacıyevdir. Əgər ehtiyac yaranarsa onların da adını mətbuata açıqlayacam" ("OLAYLAR" İA)