Dövlət başçısının mühüm xarici səfərləri
Prezident seçkilərindən sonra dövlət başçısı ilk xarici səfərini reallaşdırdı. Əvvəlcədən də proqnozlaşdırıldığı və ehtimal olunduğu kimi dövlət başçısı ilk xarici səfərini qardaş Türkiyə Cümhuriyyıətinə etdi. Artıq ənənə halını almış bu səfərlər iki ölkə arasında dostluq-qardaşlıq münasibətlərinin inkişaf etdirilməsi ilə yanaşı, həm də dünyaya bir örnək, həmçinin birlik, bərabərlik göstərişi idi ki, hər iki ölkə istər xoş, istərsə də ağrılı-acılı günlərdə bir-birinin yanındadır.
27 Aprel 2018 15:27 SiyasətVə Azərbaycanın yeni siyasətinin başlanğıcı
Prezident seçkilərindən sonra dövlət başçısı ilk xarici səfərini reallaşdırdı. Əvvəlcədən də proqnozlaşdırıldığı və ehtimal olunduğu kimi dövlət başçısı ilk xarici səfərini qardaş Türkiyə Cümhuriyyıətinə etdi. Artıq ənənə halını almış bu səfərlər iki ölkə arasında dostluq-qardaşlıq münasibətlərinin inkişaf etdirilməsi ilə yanaşı, həm də dünyaya bir örnək, həmçinin birlik, bərabərlik göstərişi idi ki, hər iki ölkə istər xoş, istərsə də ağrılı-acılı günlərdə bir-birinin yanındadır.
Qeyd edək ki, Azərbaycan dövlət başçısı Türkiyəyə etdiyi səfər və orada keçirdiyi yüksək səviyyəli görüşlərin ardından Böyük Britaniyaya getdi və bu ölkənin baş naziri ilə görüşdü. Azərbaycan Prezidentinin həm Türkiyə, həm də Böyük Britaniya səfəri birmənalı olaraq yüksək dəyərləndirilir və təqdir edilir.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi, iki ölkə arasında qardaşlıq və dostluğun nümunəsi olmaqla yanaşı, regionda dəyişən və gərginləşən siyasi-hərbi hadisələr fonunda mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Türkiyə əvvəlki illərdən fərqli olaraq, daha da müstəqil siyasət aparır, güclü iqtisadiyyata və son illərdə hərbi sənaye sshəsində ciddi uğurlara imza atıb: "Qeyd edək ki, Ankarada iki ölkə arasında 7-ci strateji əməkdaşlıq konfransının keçirilməsi və prezidentlərin iştirakı, siyasi və iqtisadi spektrlərdə iki ölkə arasında əməkdaşlığını dərinləşdirir. Prezidentin səfəri çərçivəsində Qarabağ münaqişəsinin həlli yolları, Türkiyənin konfliktin nizamlanmasında Rusiya ilə bir daha dialoqu aparması müzakirə edilib. Rəsmi Bakı çalışır ki, Ankara-Moskva və Bakı üçlük siyasi ittifaq yaradılsın və bu birlik Qarabağ konfliktinin nizamlanmasına yönəlsin. Təbii ki, Ankaranın belə bir təklifə razı olacağı şübhəsizdir. Rəsmi Kreml prinsip etibarı ilə belə bir ittifaqa razı olsa da, amma bu üçlük ittifaqın Qarabağ münaqşəsinin həllinə yönəlməsi Moskva tərəfindən qəbul edilməyəcək. Ötən il Türkiyənin Rusiya apardığı Qarabağ dialoqu Kreml tərəfindən dayandırıldı". Politoloqun sözlərinə görə. rəsmi Bakı çalışır ki, Ərdoğan və Putinin sıx dostluq münasibətlərindən istifadə edilərək, yenidən Qarabağla bağlı iki ölkə diplomatik danışıqlara başlasın: "Hələki, Rusiya və Türkiyə arasında konfliktin həlli ilə bağlı danışıqların bərpa olunmasında bir gözlənti olmayacaq. Qeyd edim ki, dövlət başçısının Türkiyə səfərində, bu ölkə ilə hərbi-sənayə sahəsində əməkdaşlıq barədə danışıqlar aparılıb. Rusiyadan aldığımız silahların bəzi partiyalarını da problemlərə görə, artıq qardaş ölkə ilə birgə silah istehsalı və alınması planlaşdırılır. Həmçinin iyunda TANAP -ın işə düşməsi gözlənilir. Enerji sahəsində ikitərəfli əlaqələrin inkişafı müzakirə edilib. İki ölkə enerji sahəsində yüksək səviyyədə əməkdaşlıq edir". Politoloq deyib ki, Prezident adətən Türkiyədən sonra rəsmi səfərini Fransaya edirdi: "Amma, bu dəfə səfər Fransaya deyil, Böyük Britaniyaya gerçəkləşdi. Çünki, son illər Fransa ermənipərəst siyasət aparır, Qarabağ separtçılarına dolayı dəstək verir və Türkiyəyə qarşı müəyyən siyasətdə yer alır. Düzdür, Fransa prezidenti Makron dövlət başçısını Parisə dəvət etməsini təbrik məktubunda qeyd edib. Artıq, Avropada Azərbaycanın Fransa ilə daima siyasi yaxınlığı əvvəlki illərdə olduğu kimi olmayacaq. Fransa öz etibarlılığına kölgə salmış oldu. Çünki, iqtidara qarşı mühacirlərin radikal ifadələri məhz Fransa ərazisindın edilir. Fransa həm işğalçı Ermənistana dəstək verir, həm də ölkəyə qarşı müxalif mühacirlərin radikal siyasətinə şərait yaradır. Buda rəsmi Bakı tərəfindən diqqətlə izlənilir və ölçü götürülür. Artıq rəsmi Bakı Böyük Britaniya ilə siyasi-iqtisadi əməkdaşlığı genişləndirir. Bir müddət bundan əvvəl də müdafiə naziri Zakir Həsənov Londonda olmuşdu. Qeyd edim ki, Britaniyanın BP şirkəti ölkəmizdə əsas hasilat bölgüsündə pay sahibidir. 20 ildən artıqdır ki, Britaniya enerji müttəfiqimizdir. Fransaya bu qədər siyasət sərf edincə, bunu Böyük Britaniyaya edilməli idi. Rəsmi London da Ermənistana Fransa kimi dəstək vermir. Londonla enerji əməkdaşlığını, siyasi müstəviyə keçirmək zamanıdır. Qeyd edim ki, Britaniya, Fransadan fərqli olaraq Azərbaycanla daha da sıx siyasi əməkdaşlıq qura bilər. İngiltərə ilə əməkdaşlıq ABŞ-ın ölkəmizə siyasətində müsbət dəyişikliklərə səbəb olar. Dövlət başçısının Böyük Britaniyaya səfəri yeni siyasətin başlanğıcından xəbər verir".
Məhəmməd