Türkiyə prezidenti Azərbaycan və Türkiyə hökumətləri arasında bir sıra sazişləri təsdiqləyib
17 Yanvar 2013 11:01 SiyasətTürkiyə prezidenti Abdullah Gül çərşənbə axşamı Azərbaycan və Türkiyə hökumətləri arasında bir sıra sazişləri təsdiqləyib. Bu barədə Türkiyə prezidentinin rəsmi saytında məlumat verilib. Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası Hökumətləri arasında Trans Anadolu təbii qaz boru kəməri sisteminə dair" sazişin və ona əlavənin, və "Türkiyə Respublikası Hökuməti ilə "The Trans Anatolian Gas Pipeline Company B.V." arasında Trans Anadolu təbii qaz boru kəməri sisteminə dair" sazişin təsdiqi barədə qanunları imzalayıb. Bundan əlavə, Türkiyə prezidenti iki ölkənin hökümətləri arasında bağlanmış sərmayələrin qarşılıqlı qorunması, ortaqlıq və əməkdaşlıq haqqında və dövlət qulluğçularının təkmilləşdirilməsi və dəstəklənməsi sahəsində sazişləri təsdiqləyib.