“Avrasiya İttifaqı”-rus totalitarizminin cild dəyişməsi - REGİON

Putin SSRİ-ni başqa adla bərpa etmək istəyir

Vladimir Putinin Marksist ideologiyasının sərhədləri Sakit Okeandan Atlantik okeanın ABŞ sahillərinədək uzanır. Putinə görə "Avrasiya İttifaqı" SSRİ parçalanandan sonra Rusiyanın itirmiş olduğu potensialını konpensasiya edəcək. "Avrasiya İttifaqı" layihəsi ətrafında hal-hazırda Rusiya ilə yanaşı Ermənistan, Qazaxıstan və Belarus da var. Qalan MDB dövlətləri ruslar tərəfindən "Putinin Patriotizm dərsi" adlandırılan bu ideologiyanı qorxulu nəzərlərlə izləyirlər. Vladimir Putin MDB dövlətlərinin bütün zirvə toplantılarında bu barədə danışarkən RF dövlət başçısının üzündə xoş aura yaranır. Lakin, Kremlin bu istiqamətdə MDB ölkələrini sıxışdırması Putinin SSRİ-ni bərpa ideologiyasının nostalgiyadan çox uzaq olduğunu bildirir. Putin ehtirasla Sovet İttifaqının süqutunu "20-ci əsrin ən böyük geosiyasi fəlakəti" kimi xarakterizə edir. Bu açıqlama ətrafında Rusiyanın marksist dünyagörüşünə sadiq qalmasını bildirir. Rusiya "Avrasiya İttifaqı" həyəcan düyməsini "kiçik qardaşı" adlandırdığı Belarusla ilə birgə basır. Rusiya onun keçmiş tələblərini və regionda olan digər dövlətlərdə olan müəyyən qüvvələrin maraqlarını güclə birləşdirmək istəyir. Qazaxıstan, Ukrayna və Belarusun Rusiyanın "Vahid Gömrük Sistemi"nə isti münasibət bəsləməsi RF-nın həmin dövlətlərdəki açıq təsirini göstərən amildir. Qırğızıstan İttifaqa qoşulmaq istəyir, Rusiyanın Şərq yamacında yerləşən Tacikistan da ittifaqa qoşulacağını istisna etmir. "Gömrük Sistemi" əslində "Avrasiya İttifaqı" üçün doğuluş nüvəsidir. Əmək və məişət sənayesinin birgə inkişafı, azad ticarət, ümumi valyuta, sərbəst hərəkət vəd edən "Avrasiya İttifaqı" SSRİ-nin yeni formatıdır. Kremlin planına görə yaradılacaq birliyin qərargahı Moskva olacaq və ittifaqın pul kisəsi də Rusiyada yerləşəcək, Sovetlər Birliyində olduğu kimi... Putin siyasətinin əsas prioritet planı ideologiyanı həyata keçirmək üçün MDB ölkələri ilə ciddi əlaqələrə sahib olmasıdır. Putin fikir təkanının dayaq tapmaq istədiyi "Avrasiya İttifaqı"nın iqtisadiyyatının impulsu 1.48 trilyon dollar olmalıdır. Qazaxıstanın bu istiqamətdə payı 149 milyard dollardır. Belarusun 17 milyard dolları var. Ən aşağı göstəricilər isə Qırğızıstan və Tacikistanındır. Rusiyanın Qərb cinahında yerləşən Ukrayna isə Rusiyanı qayğılandırır. Ukrayna hər nə qədər ittifaqa daxil olacağını dolayı yollarla bildirsə də Qərblə olan əlaqələri Rusiyanı narahat edir. Estoniya, Azərbaycan, Gürcüstan və Rusiya müxalifəti də Kremlin yola gətirə bilmədiyi əsas qüvvələr sayılır. Putinin üçüncü dəfə prezident seçilməsinə etiraz edən milyonlarla rus göstərdi ki, onun "Avrasiya İttifaqı" ideyasına  daxildən də əngəllər mövcuddur. Sovet İttifaqının ortaq dəyərlərini saxlamaq yönündəki aydın perspektivləri ilə təşkilat bir növ instinktiv reaksiyadır. İndiki məqamda Rusiyanın bu ideyanı gerçəkləşdirməsi mümkün deyil. Çünki, Rusiyanın bu ideyasını həyata keçirmək üçün xərcləri hazır deyil. Digər tərəfdən ABŞ və ekspansionist Avropa Birliyi plana qətiyyətlə qarşı çıxırlar. Həmçinin Kremlin simvolik ideyası çox kiçik qüvvələr tərəfindən dəstək alır. SSRİ nümunəsindən də göründüyü kimi "Avrasiya Birliyi" müasir "dünyanın güclü dirəkləri"ndən biri ola bilməyəcək. Digər tərəfdən Rusiyanın yeni birlik tərkibində Aİ və ABŞ-a təzyiq ehtirası ittifaqın yaradılmasını yaxın etmək niyyətindədir. Dar çərçivədə olsa da, Vladimir Putin "Avrasiya İttifaqı" planı ilə SSRİ-ni yenidən diriltmə qorxusunu yarada bilib. Və xalqların bu ürpərtisindən istifadə edən Putin kommunist imperiyasını yenidən qurulmasına israrla cəhd edir. Putinə görə, ittifaq qurulandan sonra Rusiya "dinamik Avropa-Asiya-Sakit okean region arasında səmərəli link" kimi fəaliyyət göstərəcək. Hər nə qədər çəkinsələr də, keçmiş Sovet respublikaları Kremlin şübhəli planlarından xəbərdardırlar. "Avrasiya İttifaqı" sözün əsl mənasında Rusiyanın marksist dünyagörüşünün ikinci totalitar rejiminin ruhudur. Putin isə millətləri yenidən təkpartiyalı cəmiyyətə inteqrasiya etməyə çağırır. Lakin, Rusiya SSRİ kimi ikinci superbirləşmə olacaq kontinental "Avropa və Asiya Birliyi"ni yarada bilməyəcək. Dünya ictimaiyyəti "Avrasiya İttifaqı"nı yaratmaq istəyən Rusiyanın hara istinad etdiyini çox gözəl başa düşür. Kremlin ideologiyasını fiaskonun kənarına gətirməklə böyük siyasətin əsas oyunçuları və regional strukturlar qlobal inkişafın sabitliyini qarant altına alacaqlar. Cənab Putin demokratiyaya inteqrasiya adı ilə izolyasiya olunmuş keçmiş kommunist dəyərlərini bərpa etməsinə görə ittiham kürsüsündə əyləşmiş yeganə dövlət başçısıdır.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00