Lənkəran hadisəsi İsa Qəmbərə siyasi divident gətirməyəcək - MÖVQE
“Cəmiyyət bu cür hadisələrə əhəmiyyət vermir”
16 Yanvar 2013 13:21 Siyasət"Lənkəranda Müsavat Partiyasının başqanı İsa Qəmbərin etirazla qarşılanması, ona və ətrafındakılara hücum edilməsi müxalifətə inamın azalması fonunda baş verən hadisədir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı çıxış edib. Partiya sədri bildirib ki, baş verən hadisə İsa Qəmbərə siyasi dvident gətirəsi deyil: "Başda Müsavat Partiyasının başqanı İsa Qəmbər olmaqla bütün müxalifət öncə zərərçəkən nüfuzunu bərpa etməlidir. Müxalifətə inamın olmamasını İsa Qəmbər özü də etiraf edir. Əvvəlki illərdən fərqli olaraq indi cəmiyyət belə hadisələrə əhəmiyyətsiz hadisə kimi baxır və hamısı bir bezin qırağıdır deyib əlini yelləyir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00