Peşəkar orduya keçilməlidir

Yasar Cəfərli: “Müqavilə əsaslı Ordunun komplekləşdirilməsini gücləndirməliyik”

20% torpağı Ermənistan tərəfindən işğal altında olan Azərbaycanın Silahlı Qüvvələri peşəkar səviyyəyə keçməlidir. Siyasi ekspertlər hesab edirlər ki, NATO sistemində də olduğu kimi Azərbaycanın çağırış Ordusunun peşəkar Orduya keçməsi mütləqdir. Qeyd edək ki, ABŞ, İngiltərə, Fransa, Almaniya və digər ölkələrdə zabir və gizirlər kimi əsgərlər də orduda müqavilə əsasında xidmət edirlər. "Həqiqətən də Azərbaycan Ordusu daha da peşəkarlaşmalıdır. Müqavilə əsaslı Ordunun komplekləşdirilməsini gücləndirməliyik. Azərbaycan qanunvericiliyinə əsasən Azərbaycan Ordusu qarışıq komplekləşdirmə prinsipi ilə komplektləşdirilir, yəni həm çağırış, həm də müqavilə əsasında hərbi qulluqçular hərbi xidmətə qəbul edilir" deyən Ehtiyyatda və istefada olan zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərlinin sözlərinə görə, Azərbaycan Ordusunun peşəkar səviyyəyə keçməsi üçün hələ görülməli bir çox işlər var: "Xüsusən döyüş bölgəsində yerləşən hərbi hissələrdə daha çox müqavilə əsasında komplektləşdirmə prinsipinə üstünlük verilməlidir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00