ADP-nin imkanları məhduddur
16 Yanvar 2013 13:06 SiyasətAzərbaycan Demokrat Partiyası bu il ölkədə keçiriləcək prezident seçkilərinə qatılacağı təqdirdə təbliğat kampaniyası aparmaq imkanları da məhdud olacaq. Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Demokrat Partiyası sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev "OLAYLAR"-a deyib ki, təmsil etdiyi partiyanın imkanları olduqca məhduddur: "Çalışacağıq ki, imkanlarımızı artıraq. Eyni zamanda üzvlərimizin passivləşən hissəsi var ki, onların da aktivliyini artırmaq qarşımızda duran vəzifələrdəndir". Taliyət Əliyev bu məqsədlə yaxın zamanlarda partiyanın mərkəzi strukturlarının rəhbərlərinin regionlara səfərinin təşkil ediləcəyini deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00