Türkiyə Konstitusiya qəbulu ilə “Kürdüstana” doğru addım ata bilər - FİKİR
Elxan Mehdiyev: “Kürdlər Türkiyə Konstitusiyasında möhkəmlənməyi hədəfə alıblar”
16 Yanvar 2013 13:05 SiyasətVaşinqtonda keçirilən "Türkiyənin yüksəlişi" adlı konfransda Türkiyədə qeyri-millətlərin də hüquqlarını tanıyan Konstitusiyanın qəbul edilməsinin zəruriliyi bildirilib. Təklifi kürdəsilli Türkiyə araşdırmalar proqramının direktoru Sonər Çağaptay irəli sürüb. ABŞ-ın Türkiyədəki keçmiş safiri Ross Vilson isə deyib ki, Ankaranın əsas problemi kürd məsələsidir. Siyasi analitiklər məsələni Suriya hadisələrindən sonra yaradılması planlaşdırılan "Kürdüstan" dövlətinin ququlmasına atılmış addım kimi xarakterizə edirlər. "Bu faktor "Kürdüstan" dövlətinin yaradılmasına atılmış addım hesab olunmur. Türkiyədəki kürdlər Türkiyə Konstitusiyasında "BDP" formasında kürdlərin varlığını əks etdirməyi tələb edirlər" deyən politoloq Elxan Mehdiyevin sözlərinə görə, kürdlər kürd və türklərdən ibarət olan Türkiyə qanunlarına kürd hüquqlarını salınmasını istəyirlər: "Kürdlər öz adlarının Konstitusiyaya salınmasını tələb edirlər və bununla da Konstitusiyada möhkəmlənməyi hədəfə alıblar. Kürdlərin Türkiyənin siyasi həyatındakı fəallıqları gələcəkdə onları muxtariyyət yaxud, müstəqilliyə aparan gedişə bənzəyir". ("OLAYLAR" İA)