İran rejiminə qarşı iğtişaşlar hakimiyyət daxilindən başlaya bilər
Musa Qasımlı: “Fars rejimi İran içərisindəki narazılıqları öz daxilində axtarmalıdır”
16 Yanvar 2013 13:01 Siyasətİran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") komandiri Nasir Şabani mətbuata açıqlamasında bildirib ki, Tehrandan kənarda hakimiyyət əleyhinə iğtişaşlar baş verə bilər. Şabani prezident seçkiləri ərəfəsində iğtişaşlardan siyasi alət kimi istifadə edə biləcəklərini də deyib. "Sepah" komandiri buna səbəb kimi Əhmədinejadın yalnış siyasətini nümunə göstərib. Siyasi analitiklər hesab edirlər ki, seçkilər ərəfəsində İran hakimiyyətinə qarşı başlanan əsas iğtişaşlar Güney Azərbaycandan başlaya bilər. "İrandakı daxili ictimai, isyasi, iqtisadi və psixoloji vəziyyət hamıya aydındır. İndiki rejimdən narazılıqlar var. Bu narazılıqları təkcə azərbaycanlılarda axtarmaq doğru deyil" deyən millət vəkili, professor Musa Qasımlının sözlərinə görə, bu faktor İrandakı azərbaycanlılara qarşı repressiyaları gücləndirə bilər: "Rejimin daxilində də narazılıqlar var və hesab edirəm ki, rejim həmin narazılıqları öz daxilində axtarmalıdır". ("OLAYLAR" İA)