Partiyalar daha çox qrup maraqlarından çıxış edir
15 Yanvar 2013 16:39 Siyasət"Azərbaycanın müxalifət partiyalarının bütün seçkilərdə şansı yüksək olub. Ancaq partiyaların həmin şansı dəyərləndirmək bacarığı olmayıb". Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev "OLAYLAR"-a deyib ki, hazırda da müxalifət partiyaları öz şanslarını dəyərləndirə bilmirlər: "Görünən odur ki, hazırda da partiyalar daha çox qrup maraqlarından çıxış etməyə üstünlük verirlər. Yəni xalqın ümummilli maraqları həmişə kənarda qalıb və partiya maraqları ön plana çəkilib. Sonda da bu sözsüz ki, məğlubiyyətlə nəticələnib. Bu tendensiya indi də müşahidə edilir". ADP rəsmisi deyib ki, əvvəlki seçkilərdə olduğu kimi hər kəs öz qrup maraqlarından çıxış edəcəksə o halda müxalifətin şanslarından söhbət gedə bilməz"..