İsa Qəmbər uğurlu nəticə vermədi

"İsa Qəmbərin namizədliyini dəstəkləmək bizim üçün keçilmiş və uğurlu nəticə verməmiş bir etapdır". Bu fikirləri "OLAYLAR"-a Azadlıq Partiyasının sədri Əhməd Oruc "Bizim Azərbaycan" blokuna daxil olan partiyaların seçkilərdə Müsavat Partiyasının başqanını dəstəkləyəcəyi barədə yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib. Partiya sədri deyib ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin "Bizim Azərbaycan" blokunda təmsil olunan partiyalarla bir araya gəlməsi və özünə müttəfiq axtarması uğurlu bir addım deyil: "2003-cü ildə keçirilən prezident seçkilərində biz blok olaraq İsa Qəmbərin namizədliyini dəstəklədik. Lakin seçki ərəfəsində atılmış addımlarla bağlı blok daxilində fikir ayrılıqları olduğu üçün biz onu tərk etdik. İsa Qəmbərin namizədliyini dəstəkləmək bizim üçün uğurlu nəticə verməyib. İndi nə dəyişib ki, İsa Qəmbərin namizədliyini müdafiə etmək zərurəti yaranıb?".

Qeyd edək ki, Azadlıq Partiyası da vaxtıilə "Bizim Azərbaycan" blokunda təmsil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00