Müsavatın 4 üzvü AXCP-yə keçdi
Ağcabədi müsavatçılar hesab edir ki, AXCP daha düz yoldadı
15 Yanvar 2013 16:26 SiyasətMüsavat Partiyasının bir qrup üzvü AXCP-a keçdiyi bildirilir. Müsavat Partiyasının Ağcabədi rayon təşkilatının özək sədri Mehman Məmmədovun mətbuata verdiyi məlumata görə, onunla bərabər rayon təşkilatının daha 3 üzvü - Tariyel Mirzəyev, İmdad Məmmədov və Adışirin Əliyev AXCP-a keçib. Sədr AXCP-a keçidini Xalq Cəbhəsinin daha düzgün yolda olması ilə əlaqələndirib. Məsələyə münasibət bildirən Müsavat başqanın müşaviri Hüseyn Məlikov bu barədə məlumatsız olduğunu deyib xəbərsizdir. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00