“Rusiya Azərbaycana hərbi müdaxilə edə bilər” - Cümşüd Nuriyev

“Rüstəm İbrahimbəyovun Qorbaçovdan heç bir fərqi yoxdur”

Rüstəm İbrahimbəyovun açıqlaması ətrafında deyilən fikirlər hələ ki müəyyən faktlara söykənmir. Azərbaycan ictimaiyyətini düşündürən əsas məsələ İbrahimbəyovun hansı qüvvələrdən bəhs etdiyidir. "Çox təəssüf edirəm ki, bioloji cəhətdən Azərbaycanda doğulan Rüstəm İbrahimbəyovun belə bir fikir söyləməsi xoşagələn deyil. İbrahimbəyov "yeni qüvvələr" deyəndə nəyi nəzərdə tutduğu məlum deyil. Burada yeni qüvvə, ancaq hərbi müdaxilə ola bilər. Əgər hər hansı Azərbaycan vətəndaşı öz ölkəsini yenidən qanda çalxalamaq istəyirsə ona ziyaslı demək olmaz, o zaman bu adamın Qorbaçovdan heç bir fərqi yoxdur. Əgər Azərbaycanda qarşıdurma yaratmaq Rüstəm İbrahimbəyova bu qədər lazımdırsa, nəyə görə, İbrahimbəyov bunu Rusiyanın əli eləmək istəyir? Azərbaycan hakimiyyəti İbrahimbəyova nə edibsə bilmirəm, amma Azərbaycan xalqı Rüstəm İbrahimbəyovla fəxr edir" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə R.İbrahimbəyov Azərbaycanda maddi maraqlarına xətər gəldiyi üçün o, xalqdan da imtina edib: "İqtidara olan nifrəti İbrahimbəyovun gözünü kor edib. Kənarda elə bir qüvvə yoxdur ki, Azərbaycanda hakimiyyəti dəyişə bilsin. Daxildə də İlham Əliyevə alternativ olacaq bir güc mərkəzi də yoxdur. Burada yeganə güc Rusiyanın Azərbaycana hərbi müdaxiləsi ola bilər. Ola bilsin ki, xaricdə yazılan ssenarini Rüstəm İbrahimbəyov icra edir. Bakıda İran və Rusiyanın təhlükəsizlik orqanlarının vasitəsilə terror dalğası başlaya bilər. Əgər hakimiyyət dəyişikliyinə görə Azərbaycanda qan tökülsə Azərbaycan pis günə düşəcək. Vətəndaş müharibəsini kim öz üzərinə götürəcək? Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər əldən çıxacaq, bu çox dəhşətli, qorxulu ssenaridir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00