Müxalifət Müsavatsız vahid namizəd seçə bilər
Qabil Hüseynli: “Müxalifətin vahid bir koalisiyada birləşməsi əsasən liderlərin şəxsi ambisiyalarına dirənir”
15 Yanvar 2013 15:50 SiyasətMüsavat başqanı İsa Qəmbər rəsmən öz namizədliyini təsdiqləyib. Lakin müxalifətə daxil olan partiyalar başqanı heç də müxalifətin vahid namizədi kimi tanımırlar. İndiki məqamda müxalifət vahid namizəd məsələsini həll etmək üçün Müsavatsız bu işi həll edə bilər. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynlinin sözlərinə görə, müxalifət hələ də vahid namizədin seçilməsinə cəhdlər göstərir: "Hər halda müxalifətin inteqrasiyası istiqamətində cəhdlər gündəmdə qalır, amma onun uğur gətirib gətirməyəcəyini əvvəlcədən söyləmək çətindir. Çünki, müxalifətin vahid bir koalisiyada birləşməsi əsasən liderlərin şəxsi ambisiyalarına dirənir. Bu səbəbdən də onların uzlaşma siyasətinə getməsi xeyli çətinliklərlə müşahidə edilir" ("OLAYLAR" İA)