Dövlət gənclər siyasəti yüksək səviyyədə həyata keçirilir

"Azərbaycanda dövlət gənclər siyasəti yüksək səviyyədə həyata keçirilir və gənclər birbaşa dövlət başçısının diqqət və qayğısı altındadırlar". Belə bir açıqlama ilə çıxış edən Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov "OLAYLAR"-a deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət hazırda cənab president İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Gənc nəslə diqqət və qayğı hər zaman olub. Hələ ümummilli lider Heydər Əliyevin zamanında 2 fevral tarixinin hər il gənclər günü kimi qeyd edilməsi qərara alınmışdı. Bu tarix ümummilli liderin biz gənclərə bir hədiyyəsidir". Ramin Məmmədov deyib ki, qarşıdan gələn 2 fevral gənclər günü ərəfəsində də Azərbaycan gəncliyi dövlətin və dövlət başçısının diqqətini özündə hiss edir. Təşkilat sədrinin sözlərinə görə, keçən ilin sonlarında dövlət başçısının imzalamış olduğu müvafiq sərəncamla Azərbaycan Gənclər Fondunun statusunun yüksəldilərək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Foduna çevrilməsi bir daha onu göstərir ki, gənclər birbaşa dövlət başçısının diqqət mərkəzindədir: "Azərbaycanda gənclərin inkişafı, möhkəmlənməsi və onların dövlətçilik ətrafında birləşməsi dünyadakı azərbaycanlıları da sevindirir. Bu onların doğma Vətənlə əlaqələrinin güclənməsinə gətirib çıxarır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00