“Hakimiyyəti təhvil ver!”

Avropa Birliyi Əsədə səsləndi

Avropa Birliyinin sədri Herman Van Rompuy Suriya prezidenti Bəşər Əsədi hakimiyyəti təhvil verməyə çağırıb. "OLAYLAR"-ın Türkiyə mətbuatlna istinadən verdiyi xəbərə görə, Rompuy "Suriyadakı qətliam sona çatmalıdır. Prezident Bəşər Əsədin getmə zamanı yetişib" deyə qeyd edib. Qahirədəki Ərəb Birliyi mərkəzində Ərəb Birliyinin sədri Nəbil Əl Arabi ilə görüşən Rompuy Suriyada yeni bir hökumətin qurulması istiqamətində ortaq məxrəc əldə edildiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00