İbrahimbəyovun yaratdığı hərəkatda kimlər olacaq?

"Azərbaycanda yeni hərəkat yaradılır. Hərəkatı Ziyalılar Forumu ilə sıx bağlantı quran, ancaq onun üzvü olmayanlar yaradırlar. Hərəkatın adı yaxın günlərdə və qurucularının adları yaxın günlərdə açıqlanacaq. Hərəkat qurucularından biri Eldar Namazovdur" bu barədə "Azadlıq" radisosuna açıqlamasında Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyov deyib. "Hələ bu barədə proqnoz vermək düzgün olmazdı. Hərəkat yarananda, tərkibi elan olunanda münasibət bildirmək olar ki, həmin hərəkatın Azərbaycana xeyri olacaq, yoxsa ki yox" deyən millət vəkili Fazil Mustafanın sözlərinə görə, hər kəsin hüqudur ki, bu cür açıqlamalar versin: "Bu ya xarici qüvvələrin maraqlarına xidmət edən bir qüvvə olacaq, yaxud da bu hərəkat hakimiyyəti daxildə islahat aparmağa çağıran qüvvə olacaq. Bunlar tamamilə fərqli şeylərdir. Hərəkatın tərkibi bəlli olandan sonra bu barədə fikir demək də asan olacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00