“Fars rejiminin qərarı Güneydə narazılığı artıracaq” - MÖVQE

Vəfa Quluzadə: “İran Güney Azərbaycanda narazılıqların artmasında maraqlı deyil”

İran hakimiyyətinin Urmiya gölü ətrafında 50 Azərbaycan kəndinin boşaltması mətbuatın gündəmindən düşmür. Siyasi analitiklər fars rejimin bu qərarını azərbaycanlıları kompakt yaşadığı ərazilərdən dağıtmaq və Güneyi farslaşdırma siyasətinin bir hissəsi kimi xarakterizə edilər. "Bunu əvvəlcədən demək bir az çətin məsələdir. İran hakimiyyəti totalitar bir hakimiyyətdir, bu hakimiyyətdə adi, normal qanunlar yox, siyasi iradə işləyir" deyən politoloq Vəfa Quluzadənin sözlərinə görə, İran hakimiyyətinə məsləhət deyil ki, Urmiya ətrafından azərbaycanlıları çıxarıb yerinə farsları köçürsün: "Çünki, bu qərar bütün Azərbaycan əhalisində narazılıqları artıracaq. İran da buna maraqlı olmamalıdır. İran rejiminin sonda hansı qərara gedəcəyini zaman göstərəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00