Los Ancelesdəki Baş Konsulumuz Kaliforniya Senatında çıxış edib

Yanvarın 14-də Azərbaycanın Los Ancelesdəki Baş Konsulu Nəsimi Ağayev Kaliforniyanın ən ali qanunverici orqanı olan Kaliforniya Ştat Senatının plenar sessiyasında çıxış edib. Bu münasibətlə, Senatın plenar iclas zalında Azərbaycan bayrağı dalğalandırılmışdır.

Senatın respublikaçılar fraksiyasının rəhbəri Bob Haff öncə çıxış edərək, N.Ağayevi senatolara təqdim etmişdir. B.Haff Azərbaycanın ABŞ-ın güclü müttəfiqi olduğunu və Kaliforniya ilə möhkəm münasibətlərin qurulması istiqamətində səylər göstərdiyini bildirib. Baş Konsul Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən, Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi nailiyyətlərdən, regionda oynadığı önəmli roldan bəhs edib, Azərbaycanda müxtəlif dinlərin və millətlərin dinc yaşayıb inkişaf etdiyi cəmiyyətin qurulduğunu vurğulayıb. Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinə toxunan Baş Konsul hər iki ölkənin ümumi dəyərləri, maraqları və gələcəyə baxışları bölüşdüyünü bildirmiş və Xəzər hövzəsi kimi önəmli bir bölgədə Azərbaycanın ABŞ-ın etibarlı və mühüm tərəfdaşı olduğunu qeyd edib. Sonra N.Ağayev Azərbaycanın Kaliforniya ilə bütün sahələrdə münasibətləri inkişaf etdirmək əzmində olduğunu bildirmiş və bu sahədə ştat senatorları ilə əməkdaşlıq etməyə hazır olduğunu diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00