“Bəşər Əsədin zabitləri ordudan qaçır” - AÇIQLAMA

Rüstəm Məmmədov: “Ordu diktatorun özünü yıxa bilər”

Suriya vətəndaş müharibəsi davam edir. Dünya ictimaiyyətinin gözləmədiyi bir vaxt Bəşər Əsədin kimyəvi silah arsenalına sahib olmasının üzə çıxması Suriyaya müdaxilə etmək istəyən kənar qüvvələrə sərt mesaj oldu. Bu faktor hələ Suriya vətəndaş müharibəsinin xeyli müddət uzanması kimi xarakterizə olundu. Məsələyə münasibət bildirən politoloq Rüstəm Məmmədovun sözlərinə görə, Bəşər Əsəd öz sonunun yaxınlaşdığını özü də bilir: "Əsəd rejimi mütləq şəkildə yıxılacaq, bunun başqa yolu yoxdur. Diktatorun sonudur və bu sonluq öz nöqtəsini qoymaq üçün böyük sürət yığıb. Bunun nə vaxt olacağını proqnozlaşdırmaq çətindir, sadəcə olaraq onu demək olar ki, artıq Bəşər Əsədin bütün imkanları tükənib. Əsədin ordusu parçalanır, zabitləri qaçır, bu amilin özü bir sindrom şəklini alıb. Rejimin ordusunun özü çevrilib Əsədi yıxa bilər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00