Berlində 20 Yanvar faciəsi qeyd ediləcək

Yanvarın 19-da Almaniyanın paytaxtı Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə "Bakı - 1990-cı ilin qanlı yanvarı və Azərbaycanda Sovetlərin dağılması prosesi, doktor Azər Babayevin məqaləsinin təqdimatı" adlı tədbir keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə Almaniyanın məşhur elm nəşriyyatlarından biri olan Nomos tərəfindən bu yaxınlarda buraxılmış "Sovet İttifaqqının dağılması: səbəbləri, yan təsirləri, arxa planları" kitabının təqdimatı nəzərdə tutulub. Kitab Almaniyadan, Avstriyadan və digər Avropa ölkələrindən postsovet regionu üzrə tanınmış mütəxəssislər tərəfindən yazılıb. Frankfurt Sülh Araşdırmaları İnstitutunun elmi əməkdaşı, siyasi elmlər doktoru Azər Babayevin kitabda "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Sovetlərin dağılma prosesi" mövzusunda geniş araşdırması  verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00