YAP-çı gənclər internet aksiya keçirəcək

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi 26 fevral-Xocalı soyqırımının ildönümü ilə bağlı bir sıra tədbirlər həyata keçirməyi nəzərdə tutub. Bu barədə "OLAYLAR"-a məlumat verən hakim partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, faciənin 21-ci ildönümü ərəfəsində gənclər tərəfindən beynəlxalq təşkilatlara məktublar, müraciətlər göndəriləcək: "Həmin müraciətlərdə, məktublarda müvafiq təşkilat və qurumılara ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə məlumat veriləcək. Eyni zamanda Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi istənəcək. Məktub və müraciətlər BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi və digər təşkilatlara göndəriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00