“20 Yanvar həqiqətlərinin xaricdə yayılması” mövzusunda tədbir keçiriləcək
14 Yanvar 2013 16:47 Siyasət17 yanvar tarixdə AMEA Milli Azərbaycan Tarixi Muzeyində muzeyin və "İRS -Наследие" beynəlxalq jurnalının birgə təşkilatçılığı ilə "20 Yanvar həqiqətlərinin xaricdə yayılması" mövzusunda tədbir keçiriləcək. AMEA informasiya xidmətinin məlumatına görə, tədbirin keçirilməsində məqsəd 20 Yanvar həqiqətlərinin xaricdə yayılmasının vacibliyini geniş ictimaiyyətə, o cümlədən xaricdə yaşayan azərbaycanlılara çatdırmaq, Azərbaycan həqiqətlərinin xaricdə təbliğatının vasitə və yollarına toxunmaq, eləcə də xaricdə aparılan təbliğat işlərində "İRS-Наследие" jurnalının yeri və rolunu göstərməkdir. Tədbirdə respublikanın müvafiq idarələrinin nümayəndələri, elm adamları, tədqiqatçılar, respublikada fəaliyyət göstərən xarici mədəniyyət mərkəzlərinin və KİV nümayəndələrinin iştirakı gözlənilir. ("OLAYLAR"İA)