Mirzə Sakitdən Musavata dəstək

“Müxalifət deyəndə İsa Qəmbər yada düşür”

Müxalifət daxilində olan vahid namizəd məsələsi tam şəkildə demək olar ki, öz həllini artıq tapıb. Məsələnin müxtəlif şaxələrə haçalanması onu göstərdi ki, AXCP sədri Əli Kərimli öz namizədliyini, Müsavat başqanı İsa Qəmbər də öz namizədini irəli sürəcək və müxalifət partiyaları ayrı-ayrı namizədlərlə seçkilərdə iştirak edəcəklər. İndiki məqamda ən maraqlı nüans kimin namizədlik postuna layiq olub olmamasıdır, Əli Kərimli, yoxsa İsa Qəmbər? Məsələyə münasibət bildirən satirik şair Mirzə Sakit deyib ki,  Əli Kərimli də namizədliyə layiq siyasətçi, amma bu müstəvidə Müsavat başqanı İsa Qəmbər daha çox şanslıdır: "Azərbaycanda müxalifət deyəndə ilk öncə yada düşən İsa Qəmbər olur. Müsavat başqanı müxalifətin ən layiqli namizədidir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00