İsa Qəmbərin yaradacağı blokun perspektivi olmayacaq - Elçin Mirzəbəyli
“İstənilən blok müxtəlif ad altında fəaliyyət göstərə bilər, bunun fərqi yoxdur”
14 Yanvar 2013 15:52 SiyasətMüsavat başqanı İsa Qəmbərin 2003-cü ildə onu prezident seçkilərində dəstəkləyən "Bizim Azərbaycan" blokunu yenidən bərpa etməsi barədə məlumatlar yayılıb. Bəzi müxalifət nümayəndələri blokun yenidən təsis edilməsinin mümkünsüz olması bildirirlər. Çünki, 2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində blok heç də gözlənilən səmərini verməmiş qısa zaman müxtəlif yerlərə parçalanmışdı. Siyasi analitiklər bu dəfə də eyni ssenarinin təkrar olunacağını bildirirlər. Məsələyə münasibət bildirən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, "Bizim Azərbaycan" adlanan blok vaxtilə bir neçə yerə bölünmüşdü, və bir neçə qrup bu ada iddia edirdi: "Daha sonra həmin adamlar bu iddialardan uzaqlaşdılar və bloku fərqli formatda qurdular. İstənilən blok müxtəlif ad altında fəaliyyət göstərə bilər, bunun fərqi yoxdur, konkret hədəf və ideya ətrafında təşkil olunmursa və güc mərkəzinə çevrilmirsə, onun heç bir perspektivi olmayacaq. Adı müxtəlif formalarda qoymaq olar". ("OLAYLAR" İA)