Ermənistan İranın nüvə proqramına dəstək verir - SİYASİ ANALİZ

Qərb Ermənistanı İranın nüvə proqramına dəstək verməkdə məsul tutur

ABŞ konqresmeni Ariel Koen bir daha açıq şəkildə Ağ Evin Cənubi Qafqaz üzərindən İran siyasətini bəyan etdi. Koenin Amerika mətbuatına verdiyi açıqlamaya görə, İsrail-İran müharibə təhlükəsi üçün Cənubi Qafqaz ABŞ-ın xarici siyasət xəttində mühüm yer tutur. Rəsmi Vaşinqtona görə İran Yaxın Şərqdə Suriya, Livan və İraq şiə ayparasında status-kvonun pozulmasında əsas oyunçudur. İran prezidenti Mahmud Əhmədinejadın İsraili dünya xəritəsindən silmək bəyanatı da Ağ Ev tərəfindən lupa altına alınır. Digər tərəfdən ABŞ dövlət başçısı Barak Obama İran hakimiyyətini Cənubi Qafqazda sabitliyi pozmağa yönəlik siyasətini də İrana hücum üçün əsas faktor hesab edir. Cənubi Qafqaz ABŞ-ın dünyaya açılışı üçün əlverişli strateji məntəqəsi hesab olunur. Cənubi Qafqaz Avropa, Asiya, ələlxüsus da Türkiyə və İranı, Qara dəniz və Xəzər dənizini birləşdirən əsas xətt hesab olunur. Qafqaz tarixən Mərkəzi Asiya ilə Aralıq dənizini arasında əlaqə vasitəsi də olub. Cənubi Qafqaz qədim sivilizasiyaların, xristian, müsəlman və yəhudilərin məskunlaşdığı əsas mərkəzdir. SSRİ parçalanandan sonra ABŞ strateji əhəmiyyətli bölgədə möhkəmlənməyə çalışır. Rəsmi Vaşinqtonun Cənubi Qafqaz maraqlarına İsrailin təhlükəsizliyi və sərhəd genişləndirməsi, enerji və iqtisadi faktorlar daxildir. Sovet İttifaqının dağılmasından sonra Vaşinqtonun xüsusilə Xəzərin enerji resurslarının artan maraqları Rusiya və İrana qarşı sərt mövqe utumasına səbəb olub və bu faktora görə Ağ Ev Cənubi Qafqazın İran və Rusiyanın maraq dairəsinə düşməsinə imkan vermir. Vaşinqtona Cənubi Qafqazda maraqlarını təmin etmək üçün İranı terrorçuluq, ekstremizm, təxribat, terrorun ixracında suçlayır. Azərbaycan və Gürcüstanın pro-Avropa və pro-Amerika hökumətləri ilə inkişaf tempi ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsinə münbit şərait yaradır. Xüsusən Azərbaycanın Qərb və ABŞ-la hərtərəfli inkişaf meyilləri rəsmi Tehran tərəfindən rəğbətlə qarşılanmır. Ağ Evin iddialarına görə İran ETTELAAT-nın ABŞ-ın Azərbaycandakı səfirliyi və Bakıda fəaliyyət göstərən "McDonalds" kimi "ikonik" yerləri hədəfə alması bu amilə söykənir. ABŞ-a görə ETTELAAT-ın hədəfində həmçinin Bakıdakı İsrail səfirliyi və yəhudi icması da var. İrana məxsus olan xüsusi xidmət orqanı ABŞ və İsrailin Gürcüstan, Səudiyyə Ərəbistanı, Hindistan, Banqkok, Tailand, Bolqarıstan, Burqas, Keniya və Kiprdəki nümayəndəliklərini vurmaq niyyətindədir. ETTELAAT-ın mişen lövhəsinin mərkəzində Azərbaycanın dayanması Respublikanın İranla qonşu olması amilinə bağlıdır. Rəsmi Vaşinqton maraqlarının Azərbaycanda çoxşaxəli təmini İranın təhlükəsizliyi üçün ciddi təhlükədir. Qeyd edək ki, İrana məxsus kəşfiyyat xidmətləri 90-cı illərin əvvəllərindən Azərbaycanda fəaliyyətə başlayıb. Vaşinqton və Tel-Əviv tərəfindən Livan Hizbullah-nın ETTELAAT-la müttəfiq olub 2009-cu ildə ABŞ və İsrailin Azərbaycandakı səfirliklərinə hücum etməklə günahlandırılıb.  İran kəşfiyyat orqanları və Hizbullah 2012-ci ildə Bakıda 3 yəhudi ravvininə sui-qəsd etməklə də ittiham olunub. Azərbaycanın İsraillə əlaqələri rəsmi Tehran tərəfindən təfsir edilə bilməz. İrandakı şiə İslamçı diktatura Azərbaycanın İsraillə yaxınlaşmasını sərt etibarla izləyir. Rəsmi Tehrana görə Azərbaycan Qərbyönümlü, İsrail üçün dost ölkədir. Fars rejiminin Azərbaycana qarşı aqressiya nümayiş etirməsinin digər səbəbi İran əhalisinin 66%-nin azərbaycanlılardan ibarət olmasıdır. Farsların Azərbaycan dili, mədəniyyəti, millətinə qarşı ənənəvi, tarixi ziddiyyətli ayrı-seçkilik amilləri İran azərbaycanlılarına zəhər təsiri bağışlayır. Radikal siyasi gedişlərinə görə, Tehrana təzyiq etmək üçün BMT, ABŞ və AB tərəfindən İrana qoyulmuş iqtisadi sanksiyalar fars rejiminə vurulan ən böyük zərbə oldu. Bu faktorun prezident Əhmədinejad iqtisadi sanksiyaların onu taxtından salacağını yaxşı bildiyi üçün həm öz siyasi üslubundan geri çəkilmədən, həm də nüvə proqramını ləğv etmədən sanksiyaları İran üzərindən dəf etməyə çalışır. ABŞ-ın İrana istiqamətli təzyiqlərə görə Cənubi Qafqazda artan təsirini aydın hiss edən Rusiya prezidenti Vladimir Putin üçün Gürcüstan, Azərbaycan və Ermənistanın İranla hərtərəfli əlaqələrin qurulması əsas prioritet məsələdir. İran iqtisadi sanksiyalardan yaxa qurtamaq üçün Ermənistan Tehran malları üçün əsas istifadə obyektidir. Hətta, İran çirkli pulların yuyulması və xaricdəki likvid aktivlərin alınması üçün İrəvan əmlakından istifadə edir. İran rejimi beynəlxalq sanksiyaların qarşısını almaq üçün iqtisadi böhran içərisində boğulan Ermənistanla bank münasibətləri inkişaf etdirməyə çalışır. İrana aid "Bank Mellat" nüvə proqramını maliyyələşdirməsi üçün İrəvan banklarına külli miqdarda vəsait yatırır. Məsələ bir müddət qabaq Böyük Britaniya Dövlət Xəzinədarlığı tərəfindən aşkar olunub.  Ermənsitanın Regionlar Araşdırma Mərkəzinin rəhbəri Riçard Kirakosyan isə Britaniyanın bu iddialarını təkzib edib. Qərb isə Ermənistanı İranın nüvə proqramına dəstək verməkdə məsul tutur. Ağ Evin iddiasına görə İran rejimi isə digər tərəfdən iqtisadi sanksiyaların ölkəyə vurduğu zərəri önləmək üçün Hizbullah vasitəsilə Cənubi Qafqazı narkotik malların daşınmasına görə tranzit məntəqəyə çevirir. İran hakimiyyəti açıq şəkildə Cənubi Amerikanın narkotik kartelləri ilə Cənubi Qafqaz üzərindən narkotika ticarəti mübadiləsi aparır. Qafqazda məsaməli sərhədlərindən istifadə etməklə molla rejimi Qara dəniz vasitəsilə Qərbi Avropaya hava dəhlizi vasitəsilə əlavə marşrut yaradıb. Digər tərəfdən İranın Azərbaycanla olan Xəzərin sərhədlərinin müəyyən edilməsi məsələsində İranın Xəzər sahili enerji layihələrinin inkişafına əhəmiyyətli gecikmələrinə səbəb Xəzər dənizinin delimitasiyası ilə müəyyən xətləri devirməkdir. Məhz İranın Azərbaycana qarşı atdığı və iddia etdiyi bu tip faktorlara görə ABŞ Cənubi Qafqazı İrana qarşı poliqon kimi istifadə etmək niyyəti güdür.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00