İslamə məzhəblərə ayıran bölücü diktator
Bəşər Əsəd Suriyanın sinəsindəki xərçəng yarasıdır
14 Yanvar 2013 14:00 SiyasətSiyasət taktikaları siyasi liderləri qiymətləndirmək üçün ümumi metodologiyadır. Liderlərin özəl siyasi atributları, xüsusilə münasibət və davranış siyasəti xüsusi maraqlıdır. Psixoloji elementləri bir siyasi şəxsiyyətin danışıqları, qərar qəbulu, strateji idarəetməsi və çıxardığı qərarları göstərən əsas ekrandır. Ardıcıl şəkildə bunları anket şəklində qeydə alan müşahidəçilər üçün həmin siyasi liderin gələcək davranışlarını proqnozlaşdırmaq elə də çətinlik yaratmır. Siyasi lideri tanımaq üçün bu linzalar vasitəsilə siyasi şəxsiyyətin xarakteri yoxlanılır. Liderlik xüsusiyyətləri və əsas şəxsiyyət portreti şifahi davranış təhlili vasitəsilə lupa altına alınır. Şifahi analiz lider şəxsiyyətinin qiymətləndirilməsi üçün istifadə edilə bilən bir üsuldur. Belə təhlillə birbaşa müəyyən şəxsiyyət xüsusiyyətləri aşkar oluna bilər. Şifahi analizin nəticələri məlum olduqdan sonra artıq həmin lider barədə müqayisə vasitəsi kimi istifadə edilir. Əlavə olaraq siyasi xadim haqqında müəyyən şəxsiyyət xüsusiyyətləri şifahi analiz zamanı aşkar olunur. Bu gizli xüsusiyyətləri aşkar etmək üçün hər hansı bir şüurlu rəy olmasa lider barəsində kortəbii ictimai fikir formalaşacaq. Bunlardan orta şəkildə istifadə edərək şəxsiyyətin adverbial intensifiers portretini çəkmək olar. Məsələn, Suriya prezidenti Bəşər Əsədin tez-tez istifadə etdiyi istrionik müraciəti ilə diktator dramatik və şifahi forma göstərir. Əsədin adverbial intensifiers tezliyi azaldığı üçün Bəşər monoton və sönük görünür. Məsələn, İsrail prezidenti Şimon Peres ilə müqayisədə adverbial intensifiers haqqında Bəşər Əsədin balı aşağı qiymətləndirilir. Çünki, Əsədin siyasi üslubu aqressiv və darıxdırıcıdır. Liderliyin şifahi üslub kateqoriyasına qeyri və qorxaqlıq məfhumları daxildir. Bəşərin şifahi davranışında olduğu kimi bu kateqoriyaya daxil olan nüanslarda da aşağı qiymətə sahibdir. Əsəd bu kateqoriyada doqmatik və avtoritar üslub görüntüsünü nümayiş etdirir. Bu nəticə onun ətraf mühitə nəzarətini dərinləşdirir və Bəşəri köklü qaydada sərt çərçivədə iş görməyə sövq edir. Diktator özünün aşağı seçmələrini tanımadığı zamanlarda üzündə qorxu ifadəsi əks olunur. Aşağı seçmələrinin üstünlüyünə görə mülayim retraktors birləşməsi Əsəddə müşahidə edilmir və buna görə də hakimiyyətini qoruyub saxlamaq hərisliyi ondan asılı olmayaraq Suriya prezidentinin keyfiyyətli qərar qəbul etməsinə maneə olur. Bəşər Əsədi müqayisə üçün demək olar ki, Hafiz əl-Əsəd dünyanın ən qapalı cəmiyyətlərinin toplum halında yaşadığı Orta Şərqin ən amansız, avtokratik, az hallarda rastlanan hökmdarlarından biri olub. Hafiz Əsəd hakimiyyəti illərində özünün Yaxın Şərq strateji xəritəsində Suriyanın mühüm rolunu qoruyub saxlayıb. Onun dövründə şiə İranı Suriyanın müttəfiqi olub. Qəzza zolağında Həması, Livanda Hizbullahı İsrailə qarşı düşmənçilik mövqeyində saxlamağı bacarıb. 2000-ci ildə ata Əsəd öldükdən sonra gənc Əsəd tədricən atasının kiçik versiyasına çevrilməyə başladı. Atasının ölümünə münasibət bildirən Bəşər demişdi ki, "atam girov kimi yaşadı". Əsədin münasibətindən də görünür ki, Bəşərin psixopat şəxsiyyət tipində formalaşmasında Hafiz Əsədin psixoloji təzyiqləri olduqca yüksək olub. Atasının ölümündən sonra hakimiyyətə gələn Bəşər Əsəd Suriyada təzyiqçi polis dövləti yaratmaq barədə islahat keçirməyə təşəbbüs edib və zaman-zaman bu istəyinə nail olub. Bu baxımdan da Bəşər Əsəd lider kimi baxımlı deyil. Təkəbbürlülük, amansızlıq və ölümdən ilhamlanmaq, məzlumları tapdalayaraq məhv etmək Əsədin əsl simasıdır. Zalım diktator Suriyanın sinəsindəki xərçəng yarasıdır. Əsəd sadəcə bir zalım deyil, o İslam dinini məzhəblərə parçalayan və bu məzhəblər arasında müharibə alovuna yanacaq tökən qızışdırıcı katalizatordur. Əsəd 6%-lik sünni ilə Suriyada sünni dövlətini qurmağı bacarıb və digər məzhəb azlıqları içərisində öz legitimliyini qəbul etdirə bilib. Suriya prezidenti hakimiyyətdə olduğu 13 il ərzində Orta Şərq dövlətlərində radikal qüvvələrə dəstək verməklə həmin ölkələrdə qarşıdurmalara rəvac verib. Regiona dağıdıcı zirehli maşın təsirini bağışlayan Əsədin son "mişar oyunu"nun əsl nəticəsi budur ki, Suriya vətəndaş qırğını içərisində qana boğulur. Suriyadakı vətəndaş müharibəsi də Əsədizm siyasi cərəyanın əbədi iş ehtimalını sıfıra endirir.
Mənsur Rəğbətoğlu