Finlandiyada 20 Yanvar faciəsi qeyd ediləcək

Yanvarın 17-də Helsinki şəhərinin "Caisa" Mədəniyyət Mərkəzində Finlandiya- Azərbaycan Assosiasiyasının təşkilatçılağı ilə 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş "20 Yanvar 1990-cı il-Azərbaycan xalqının unudulmayan tarixi"  adlı seminar keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, tədbirdə  1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Ermənistana havadarlıq edən Sovet Ordusunun dinc Azərbaycan xalqına qarşı törətdiyi qırğın, ermənilər terrorçularının Azərbaycana qarşı hərbi təcavüzü, işğalçılıq siyasəti və digər məsələlərə dair məruzələr dinlənilməsi və müzakirələrin aparılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00