Müxalifətin fəaliyyəti özünü göstərmir
14 Yanvar 2013 13:08 Siyasət"Ölkədə baş verən ictimai-siyasi proseslər fonunda müxalifətin gördüyü işlər, yürütdüyü siyasət özünü ciddi şəkildə biruzə verə bilmir" Belə bir açıqlama ilə çıxış edən İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı "OLAYLAR"-a deyib ki, sıravi müxalifətçilər, ziyalılar, geniş ictimaiyyət vahid namizəd məsələsinə müsbət məsələ kimi yanaşsa da, müxalifət parçalanma yolu tutub: "Sual olunur, vahid namizəd məsələsinin alınmaması kimin arzususdur? Əlbəttə ki hakimiyyətin. Bu məntiqlə müxalifət xalqın deyil hakimiyyətin istəyini reallaşdırır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00