“İsa Qəmbər müttəfiq axtarışına çıxıb” - Elxan Şahinoğlu

“İndiki məqamda İctimai Palatanın iki namizədi var və bu qəbul edilən deyil”

Müsavat başqanı İsa Qəmbərin Ziyalılar Forumunun üzvü Eldar Namazov və bir sıra partiya rəhbərləri ilə görüşdüyü məlumdur. Digər tərəfdən həmin toplantıda 2003-cü ildə keçirilən prezident seçkilərində İsa Qəmbəri dəstəkləyən "Bizim Azərbaycan" blokunun təsisçiləri də iştirak edib. Məsələyə münasibət bildirən siyasi analitiklərin fikirlərinə görə, İsa Qəmbər ona dəstək üçün bloku yenidən təsis göstərişi verə bilər.  Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib ki, İctimai Palatada bir tərəfdən İsa Qəmbər öz namizədliyini irəli sürür, digər tərəfdən də Əli Kərimli öz namizədliyini dəstəklənməsini istəyir: "İndiki məqamda da belə çıxır ki, İP-in iki namizədi var və bu faktor qəbuledilən deyil. Bu amil İctimai Palatanın parçalanması mənasına gəlir. Çünki, bir qrup yalnız bir namizədi dəstəkləyə bilər. İctimai Palatanın dağılma ehtimalı İsa Qəmbəri başqa blok yaratmaq məcburiyyəti qarşısında qoyur. Artıq Müsavat başqanı müəyyən müttəfiqlər axtarışına çıxıb. Bir neçə siyasi partiyanın rəhbərlikləri İsa Qəmbəri dəstəkləyəcəklərini vəd ediblər. İsa Qəmbər də bu istiqamətdə danışıqları intensivləşdirib. Əgər İP vahid namizəd məsələsini həll edə bilməyəcəksə, İsa Qəmbər başqa blokun yaratmasına baş vuracaq. Bununla bağlı artıq Müsavat başqanı tərəfindən müəyyən görüşlər başlayıb". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00