Qukasyan erməniləri Sərkisyana qarşı vətəndaş hərəkatına çağırdı - AÇIQLAMA
Zərdüşt Əlizadə: “Ermənistanda prezidentliyə namizədlərin heç birinin siyasi resursu yoxdur”
14 Yanvar 2013 12:29 SiyasətFevralın 18-də Ermənistanda keçiriləcək prezident seçkilərindan qabaq ölkədə siyasi qüvvələr arasında elə də güclü siyasi mübarizə getmir. Çünki, bir müddət qabaq Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan və Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqib Sarukiyan seçkilərdən imtina etdiklərini açıqlamışdılar. Yalnız prezidentliyə iddiaçılardan biri Andreas Qukasyan isə ermənilərə səslənərək cinayətkar-oliqarx rejiminə qarşı vətəndaş hərəkatına başlamağa çağırıb. Qukasyanın sözlərinə görə, bu dəfəki seçkilər də Sarkisyan tərəfindən saxtalaşdıracaq. A.Qukasyanın açıqlamalrına əsasən seçkilər saxtalaşdırılacağı təqdirdə Ermənistanda vətəndaş müharibəsi başlaya bilər. Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, Ermənistanda prezident vəzifəsi uğrunda heç bir siyasi qüvvə ciddi mübarizə aparmır, bu dəfəki seçkilər də 2008-ci il seçkiləri kimi keçiriləcək: "Çünki, həm Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan, həm də Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqib Sarukiyan seçkilərdən imtina ediblər. Digər namizədlərin isə heç birinin siyasi resursu yoxdur. Araşdırmalar göstərdi ki, Serj Sərkisyanın yığdığı səslər 70-80% arasındadır. Ona görə də Ermənistandakı seçkilərlə bağlı ciddi söhbət gedə bilməz". ("OLAYLAR" İA)