Urmiya gölünün ətrafı erməniləşdirilir - ŞƏRH
Farsların da köçürüldüyü bölgə “Aramiya” adlandırıla bilər
14 Yanvar 2013 11:57 Siyasətİran mətbuatının məlumatına görə, Urmiya gölü ətrafında azərbaycanlıların yaşadığı 50 kənd tamamilə boşaldılıb. Bu barədə mətbuata açıqlamasında İran parlementinin deputatı Nadir Qazipur məlumat verib. Qazipurun sözlərinə görə, buna səbəb Urmiya gölünün quruması nəticəsində bölgədə baş verə biləcək duz fırtınası olub. Siyasi analitiklər hesab edirlər ki, İran hakimiyyətinin bu qərara getməsinin arxasında bölgənin farslaşdırılması maqaqlarə dayanır. "Urmiya gölünün ətrafının boşaldılması İranla Ermənistanın hazırladığı bir layihədir. Azərbaycan ziyalıları da dəfələrlə bununla bağlı məsələ qaldırdılar ki, orada qum fırtınalarının baş verməsi mümkün deyil. Urmiya gölünə tökülən çayların qarşısı qəsddən kəsilib və əsas məqsəd orada yaşayan azərbaycanlıları boşaltmaq, həmin ərazilərdə azərbaycanlıların yox, ermənilərin yaşamasını gündəmə gətirməkdir. Çünki, həmin ərazilərə ermənilər də iddia edirlər" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə Azərbaycan türkləri oradan çıxandan sonra Urmiya gölünün ətrafı erməniləşdirilib "Aramiya" ola bilər: "Digər məsələ isə ondan ibarətdir ki, fars rejimi İsfahan ətrafındakı farsları ora köçürmək istəyir. Farslar ora yerləşəndən sonra çayların Urmiya gölünə axması təmin olunacaq və gələcəkdə oranı farsların cəbhəsinə çevirəcəklər. Urmiya gölünün bu hissəsinə kürdlər də iddia edirlər. İranın əsas məqsədi azərbaycanlıların kompakt yaşadığı əraziləri parçalamaqdır, çünki azərbaycanlılar sıx yaşadığı ərazilərdə hakimiyyətə qarşı mübarizə apara bilirlər. Azərbaycanlıları dsağıtmaqda əsas məqsəd azərbaycanlıların həmin ərazilərdən uzaqlaşdırılsın və müti olan ermənilər, farslar, bəluclar və başqaları orada yerləşdirilsin" ("OLAYLAR"İA)